Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədr müavini ölkə telekanallarını tənqid edib

Azərbaycan Milli Məclisinin sədr müavini ölkə telekanallarını tənqid edib
# 08 aprel 2011 10:41 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib. Vitse-spiker bununla bağlı dəfələrə teleşirkətlərin rəhbərliyinə müraciət etdiyini deyib.

B. Muradova misal kimi “Xəzər” TV-nin adını çəkib. Bu şirkətin rəhbərliyinə də müraciət etdiyini deyən sədr müavini telekanalın xəbər proqramında və verişlərində Azərbaycan dilinin qaydalarının kobud pozulduğunu vurğulayıb. Telekanalın hazırladığı xəbərlərdən danışan B. Muradova bunları deyib: “Xəbərdən şou düzəldirlər. Hansısa bir avtomobil qəzası ilə bağlı elə haray-həşir qoparırlar ki, sanki dünya dağılır. Müvafiq qurumların rəhbərlərindən - Dil Qurumundan və Milli Televiziya və Radio Şurasından xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın. Bəlkə xəbərdarlıq etmək, məhdudiyyət qoymaq, ictimai qınaq lazımdır ki, Azərbaycan dilini pis günə qoymasınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR