İctimai Palatanın 2 aprel aksiyası Milli Məclisdə müzakirə olunub
Deputat Aydın Mirzəzadə isə deyib ki, aksiyalarda diqqəti cəlb edən əsas məsələ müxalifətin xaricə səslənməsi və səfirliklərdən dəstək gəlməsi olub: “Bu gün bir qrup insan var ki, Azərbaycanın əleyhinə addımlar ata bilər”. Deputat Fazil Mustafa isə aksiyalardan sonra baş verənlərə diqqət çəkib: “Aksiya iştirakçılarının ailələrini prosesə qarışdırmaq düzgün deyil. Ayrı-ayrı şəxslərin evlərinin qarşısında piket keçirməyə ehtiyac yoxdur. Hər kəs fərdi qaydada məsuliyyət daşıyır. Bir şəxsə görə, ailədəki digər şəxslərin incidilməsi yaxşı nəticə verməz”.
Deputat İqbal Ağazadə isə paytaxt rəhbərliyini aksiya üçün normal yer verməməkdə ittiham edib: “Bakının 11 rayonunda aksiya üçün yerlərin olmasına baxmayaraq, şəhər icra hakimiyyəti qanunları pozaraq şəhərdən kənarda Bibiheybət qəsəbəsindəki stadionunu göstərir. Bəzi qüvvələr Cəlilabadda bir məktəblinin digərini öldürməsini siyasiləşdirməyə çalışır. Onda belə çıxır ki, polis Hacı Məmmədovun evinin qarşısında gündə piket keçirməli idi”.
Sabir Rüstəmxanlı mitinq keçirilməsini insanların konstitusion haqqı olduğunu deyib: “Əgər radikal müxalifətin gücü yoxdursa, 200-300 adam yığırsa, niyə qorxursunuz? Mitinqə çıxan gənclərin çoxu xaricə təhsil alan gənclərdir. Amma burada iş tapa bilmirlər”. Deputat aksiyaların parlamentdə müzakirəsinə gərək olmadığını vurğulayıb.
Milli Məclisin sədr müavini Bahar Muradova isə mitinqin qanunsuz keçirildiyini diqqətə çatdırıb: “Qanuni keçirilsəydi, parlamentdə müzakirə etməzdik. Kimsə insanların əmlakına ziyan vuracaqsa, ona mitinq adı vermək olmaz”.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, müxalifətin 2 aprel aksiyasından sonra beynəlxalq televiziya kanallarında Azərbaycanda guya baş tutmuş mitinq müzakirəyə çıxarılıb: “İstər-istəməz yadıma Sumqayıt hadisələri düşür. Vaxtı ilə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş Sumqayıt hadisələri Azərbaycanı dünyada pis sifətdə göstərmək üçün Londonun bütün xəbərlərində verildi. Yəni bu, qurulmuş ssenari idi”.
O. Əsədov qeyd edib ki, Azərbaycanı dünyada gözdən salmaq istəyən qüvvələr eyni ssenarini aprelin 2-də etdilər: “200-300 insan yığıldı. Onların əsas məqsədi pozuculuq xarakteri daşıyır. Məqsəd odur ki, telekanallar çəksin, xarici efirlərdə göstərilsin və buna ad qoyulsun. Mən ad çəkmək istəmirəm, həmin gün aksiyada tanıdığımız insanlar da var idi. Sakitcə getdiyi yerdə birdən kamera gördükdə “Azadlıq” qışqırmağa başlayırdı. Aydındır ki, bu, təşkil olunmuş ssenari idi. Mən inanmıram ki, belə bir biabırçı mitinqdən sonra yenidən mitinq keçirmək istəsinlər, buna ürək eləsinlər”.
MM-in sədri vurğulayıb ki, Azərbaycan artıq o illərin Azərbaycanı deyil: “Azərbaycan müstəqil, güclü inkişaf eləmiş bir ölkədir. Azərbaycanda belə qarışdırıcı məsələlərə yer yoxdur”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb