Bank Of Baku

Sərdar Cəlaloğlu: “İctimai Palatanın bizimlə görüşdən imtina qərarını növbəti səhv sayıram”

Sərdar Cəlaloğlu: “İctimai Palatanın bizimlə görüşdən imtina qərarını növbəti səhv sayıram”
# 08 aprel 2011 14:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İctimai Palatada təmsil olunan partiya sədrləri ilə Lalə Şövkətin, İqbal Ağazadənin və mənim iştirakımla birgə görüşün keçirilməsi təklifi irəli sürülmüşdü. Amma İctimai Palatanın Koordinasiya Şurası bundan imtina etdi. Bizə dedilər ki, İctimai Palata bu formatda görüşü əhəmiyyətsiz hesab edir”.

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. S. Cəlaloğlu bildirib ki, müxalifətin birliyi istiqamətində atılan bu addımı son hesab etmir: “İctimai Palatanın bu qərarını növbəti səhv sayıram. Zərurət yaranacaqsa, bu əməkdaşlığa nail olunacaq, zərurət olmayacaqsa, süni birliyin yaradılmasına da ehtiyac yoxdur. Hesab edirəm ki, bu istiqamətdə cəhdləri davam etdirəcəyik”.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bu formatda görüşün keçirilməsi təşəbbüsünün olduğunu təsdiq edib. Onun sözlərinə görə, hazırkı mərhələdə bu görüş alınmasa da, gündəmdən çıxmayıb: “Yaxın günlərdə görüşün baş tutacağını düşünürəm. Amma bu barədə qərar yoxdur. Prinsipcə bir neçə belə tədbir nəzərdə tutulub. Hazırda əsas diqqət kütləvi aksiyaların üzərində cəmləşdiyindən, o cümlədən həbslərlə əlaqədar bu tədbirlərin keçirilməsi ləngiyir”. P. Hüseyn qeyd edib ki, görüşün baş tutmamasında Sərdar Cəlaloğlunun İctimai Palatanın Koordinasiya Şurasını qınaması da düzgün deyil: “Koordinasiya Şurasında “Belə bir görüş olmasın” – deyə qərar yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR