Bank Of Baku

Azərbaycanda diplomatik korpusun nümayəndələrinin İctimai Palatanın rəhbərləri ilə görüşü başa çatıb - FOTO

Azərbaycanda diplomatik korpusun nümayəndələrinin İctimai Palatanın rəhbərləri ilə görüşü başa çatıb - <font color=red>FOTO</font>
# 08 aprel 2011 16:55 (UTC +04:00)
APA-nın xəbərinə görə, görüşdə ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilge Cankorel, Avropa Şurasının, Avropa Birliyinin nümayəndələri, ABŞ, Almaniya, Norveç, Böyük Britaniya, Fransa, İtaliya, Avstriya, Polşa və digər ölkələrin Azərbaycanda səfirliklərinin təmsilçiləri, İP-dən isə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və AMİP sədri Yusif Bağırzadə iştirak ediblər.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, İP-nin 2 aprel aksiyası, həmin vaxt polis tərəfindən saxlanılanlar və digər məsələlər müzakirə olunub.

Görüşdən sonra APA-ya açıqlama verən ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel bildirib ki, İP rəhbərləri ilə görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, 2 aprel aksiyası, aprelin 16-na planlaşdırılan aksiya və digər məsələlər müzakirə olunub. O görüşdə toxunulan məsələlərlə bağlı hökumət nümayəndələri ilə müzakirələr aparılacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR