Bank Of Baku

VİP və ALP-nin birgə müşavirəsi keçirilib

VİP və ALP-nin birgə müşavirəsi keçirilib
# 11 aprel 2011 08:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) birgə geniş müşavirəsi keçirilib. VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilən tədbirdə ALP lideri Lalə Şövkət, ALP sədri Əvəz Temirxan və VİP sədri Əli Əliyev qarşıdakı dövr üçün birgə fəaliyyət istiqamətlərini açıqlayıblar.

Ə. Əliyev deyib ki, dünyada baş verən ictimai-siyasi aktivlik müəyyən zaman kəsiyində Azərbaycanda da özünü göstərəcək. Lalə Şövkət isə çıxışını ölkədə iqtisadi, sosial vəziyyət üzərində qurub. Onun sözlərinə görə, kəskin bahalıq, məvaciblərin aşağı olması vəziyyət gərginləşdirib. “Azərbaycanda ciddi dəyişikliklərə ehtiyac var. Bundan sonra ölkədə demokratiya qurula bilər”. ALP sədri Əvəz Temirxan da ictimai-siyasi, iqtisadi vəziyyətə dair fikirlərini söyləyib.

Sonra partiyalar Azərbaycanda korrupsiyaya qarşı mübarizə, vətəndaş cəmiyyətinin fəallaşmasına dəstək və demokratiya uğrunda mübarizə çərçivəsinə birgə fəaliyyət istiqamətlərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR