Bank Of Baku

Azərbaycan İslam Partiyası aprelin 24-nə mitinq təyin edib

Azərbaycan İslam Partiyası aprelin 24-nə mitinq təyin edib
# 11 aprel 2011 09:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyası (AİP) mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib.

AİP-in sədri əvəzi Hacı Elçin Manafov APA-ya bildirib ki, mitinqin vaxtı, yeri ilə bağlı məlumat bu gün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək məktubda əksini tapacaq: “Partiya aprelin 24-də saat 17.00-da mitinq keçirmək barədə qərar verib. Meriyaya göndərəcəyimiz məktubda “Təbriz” kinoteatrının və “Ulduz” metrostansiyasının qarşısındakı meydanların birində mitinqin təhlükəsiz keçirilməsinə şərait yaradılması istəniləcək”.

E. Manafov paytaxt rəhbərliyinin təklifinin də müzakirə ediləcəyini bildirib: “İcra hakimiyyəti bizə başqa yer təklif edərsə, bunu müzakirə edə bilərik”.

E. Manafov qeyd edib ki, mitinqdə Qarabağ münaqişəsinin həlli, İslamofobiyanın qarşısının alınması və barələrində həbs-qətimkan tədbiri seçilən partiya rəhbərlərinin azadlığa buraxılması ilə bağlı tələblər səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR