Bank Of Baku

Arif Hacılı və Tural Abbaslının apellyasiya şikayəti təmin olunmayıb

Arif Hacılı və Tural Abbaslının apellyasiya şikayəti təmin olunmayıb
# 11 aprel 2011 11:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslının birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib. Xəbərə görə, məhkəmə hər iki şəxsin apellyasiya şikayətini təmin etməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, hər iki şəxs aprelin 2-də İctimai Palatanın Bakının mərkəzində keçirdiyi aksiyalar zamanı saxlanılıb. Səbail Rayon Məhkəməsi A. Hacılının və T. Abbaslının barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Onu da qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR