Bank Of Baku

YAP-ın Nərimanov rayon təşkilatında bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunub

YAP-ın Nərimanov rayon təşkilatında bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunub
# 11 aprel 2011 11:48 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatında bir qrup gəncə üzvlük vəsiqəsinin təqdim olunması münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə YAP-ın və rayon təşkilatının rəhbərliyi iştirak edib.

Təxminən 200 gəncə YAP-ın üzvlük vəsiqəsini partiyanın sədr müavini, icra katibi Əli Əhmədov təqdim edib. Daha 200 gəncin Nərimanov rayon təşkilatına üzvlük üçün müraciət etdiyi açıqlanıb.

Ə. Əhmədov jurnalistlərə açıqlamasında YAP sıralarında çoxlu sayda gəncin cəmləşdiyini deyib: “YAP-ın 530 min üzvündən 40 faizdən çoxunu gənclər təşkil edir. Məmnunluq hissi ilə demək istəyirəm ki, hər il YAP-ın sıralarına daxil olan on minlərlə insanın yarıdan çoxu gənclər olur. Məsələn, 2010-cu ildə partiyamıza 30 mindən çox şəxs daxil olub, onların 52 faizi gəncdir. Bu gün də öz siyasi taleyini YAP-la bağlamaq istəyən çoxlu sayda gənc var.”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR