Bank Of Baku

Müsavatın Divan üzvü və partiyanın Gənclər Təşkilatının sədr müavini barəsində olan məhkəmə qərarı qüvvəsində qalıb

Müsavatın Divan üzvü və partiyanın Gənclər Təşkilatının sədr müavini barəsində olan məhkəmə qərarı qüvvəsində qalıb
# 11 aprel 2011 13:09 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat, Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin və partiyanın Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib. Ə. Mustafayev məhkəmənin apellyasiya şikayətlərini təmin etmədiyini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanıldığını deyib.

Qeyd edək ki, İkram İsrafil martın 31-də saxlanılıb. Nəsimi rayon Məhkəməsi onun barəsində 7 sutkalıq inzibati həbs cəzası müəyyənləşdirib. Əhəd Məmmədli isə aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi aksiyada tutulub. Səbayel rayon Məhkəməsi onun 7 sutka müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR