Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 11 aprel 2011 14:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öncə qərarların icrası və görülən işlərə baxılıb.

Toplantıda İctimai Palatanın 2 aprel mitinqində həbs olunanlarla bağlı müzakirələr aparılıb. Divan 2 aprel günü, ondan əvvəl və sonra polis tərəfindən saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib.

Yığıncaqda İctimai Palatanın 9 aprel tarixli sessiyası barədə fikir mübadiləsi aparılıb və toplantının yüksək səviyyədə keçdiyi qeyd olunub. İctimai Palatanın qəbul etdiyi qərarların həyata keçirilməsi ilə bağlı konkret tapşırıqlar verilib. Divan qeyd edib ki, mitinq üçün münasib yer ayrılmasa, İctimai Palata şəhərin mərkəzi meydanlarından birində mitinq keçirməkdə israrlı olacaq.

Daha sonra ötən həftə beynəlxalq təşkilatların təmsilçilərinin və qərb diplomatlarının Müsavat Partiyasının qərargahında İctimai Palatanın rəhbərləri ilə görüşü müzakirə olunub.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR