Bank Of Baku

Azərbaycan prezidenti Bülbüləni Heydər Əliyev prospekti ilə birləşdirən yeni yolun açılışında iştirak edib, Biləcəridə və Sulutəpə yaşayış sahəsində görülən işlərlə tanış olub

Azərbaycan prezidenti Bülbüləni Heydər Əliyev prospekti ilə birləşdirən yeni yolun açılışında iştirak edib, Biləcəridə və Sulutəpə yaşayış sahəsində görülən işlərlə tanış olub
# 11 aprel 2011 14:59 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov görülən işlər barədə prezidentə məlumat verib. Bütövlükdə Suraxanı rayonunun ayrı-ayrı kənd və qəsəbələrinin məhəllədaxili yolların 36,5 min kvadratmetrlik hissəsinə yeni asfalt döşənib. Yolların 17 min kvadratmetrlik hissəsində asfalt döşəmək üçün hazırlıq işləri görülüb, əlavə olaraq 35 min kvadratmetrlik hissəsinə yeni asfalt örtüyünün döşənəcəyi nəzərdə tutulub. Görülmüş işlərlə tanış olan İ. Əliyev sakinlərlə görüşüb.

Sonra prezident Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gəlib. H. Abutalıbov Biləcəri qəsəbəsinin sxemi əsasında qəsəbədə asfalt örtüyü vurulmasına ehtiyac olan məhəllədaxili küçələr barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, 60 min sakini olan Biləcəri qəsəbəsində uzunluğu 25,3 km, sahəsi 159,3 min kvadratmetr olan məhəllədaxili yolların əsaslı şəkildə təmir olunması nəzərdə tutulur. Hazırda qəsəbədaxili yolların 10 min 500 kvadratmetr hissəsinə yeni asfalt döşənib. Altı min kvadratmetr hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatıb. Görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı sakinlərlə görüşüb.

Biləcəri qəsəbəsində su, kanalizasiya, enerji və qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirən sakinlər görülən işlərlə bağlı prezidentə minnətdarlıq ediblər. Sakinlər dövlət başçısından qəsəbədə yeni məktəb binasının inşa olunmasını və əhalinin istirahəti üçün lazımi şəraitin olmadığı Dəmiryolçular parkında yenidənqurma işlərinin aparılmasını xahiş ediblər.

Sakinlərlə görüşdən sonra prezident İ. Əliyev Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkına gəlib, buradakı vəziyyətlə yerində tanış olub. Parkdakı mövcud vəziyyətlə tanış olan dövlət başçısı sakinlərin istirahəti üçün burada tələb olunan müasir infrastrukturun yaradılması, bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müvafiq göstərişlərini verib.

Sonra prezident Binəqədi rayonunun Sulutəpə yaşayış sahəsinə gəlib. Sulutəpə qəsəbəsində məhəllədaxili yolların 5600 kvadratmetrinə asfalt döşənib, yolların 7 min kvadratmetrlik hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatdırılıb.
Qəsəbədə su və kanalizasiya məsələlərinin həll ediləcəyi, məhəllədaxili küçələrdə müasir işıqlandırma sisteminin qurulacağı bildirilib.Görülən işlərlə tanışlıqdan sonra prezident sakinlərlə görüşüb.

Sulutəpə qəsəbəsinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıq edən sakinlər qəsəbədə fəaliyyət göstərən orta məktəb binasının əlavə korpusa ehtiyac olduğunu deyib, yeni korpusun inşa edilməsini xahiş ediblər. Prezident bununla bağlı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR