Bank Of Baku

Magistratura və aspiranturaya qəbul olmaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair parlamentə müraciət daxil olmayıb

Magistratura və aspiranturaya qəbul olmaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair parlamentə müraciət daxil olmayıb
# 12 aprel 2011 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda magistratura və aspiranturaya qəbul olmaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair parlamentə hər hansı dövlət qurumundan və ya təhsil müəssisəsindən rəsmi müraciət daxil olmayıb. Bu barədə APA-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, hazırda bununla bağlı ayrı-ayrı deputatlar tərəfindən məsələlər qaldırılır, fikrlər səsləndirilir. Eyni zamanda komitəyə üzv olan bəzi deputatlar tərəfindən müzakirələrdə şifahi təkliflər olub.

Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc da APA-ya açıqlamasında bugünədək onlara magistratura və aspiranturaya qəbul olmaq istəyən gənclərə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi barədə rəsmi təkliflərin daxil olmadığını vurğulayıb: “Elm təhlükəsizliyin mühüm komponentlərindən hesab olunur. Elmdə fasiləsizliyi istəyən təhsil müəssisələri bununla bağlı parlamentə və digər qurumlara müraciət edə, belə olan halda möhlət hüququna baxıla bilər”.

Deputatın fikrincə, hazırkı dövrdə elmi təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi doğru olar. Bu, çox kiçik say təşkil etdiyindən, eləcə də ölkənin kifayət qədər səfərbərlik resursu olduğundan ordu üçün elə də ciddi itki sayıla bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR