Bank Of Baku

Müsavatçı gənc barədə seçilən həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib

Müsavatçı gənc barədə seçilən həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib
# 12 aprel 2011 14:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Aprelin 2-də İctimai Palatanın Bakıda keçirməyə cəhd göstərdiyi etiraz aksiyası zamanı saxlanılan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin barəsində seçilən həbs-qətimkan tədbiri ilə bağlı apellyasiya şikayəti verib. Bu barədə APA-ya Ə. Məmmədlinin vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkil bir neçə gün ərzində apellyasiya şikayətinə baxılacağını söyləyib.

Xatırladaq ki, Səbail rayon Məhkəməsi Əhəd Məmmədlinin inzibati qaydada 7 sutka müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Həmin qərardan apellyasiya şikayəti verilsə də təmin olunmayıb. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsi həmin ittiham əsasında onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR