Bank Of Baku

Müxalifət partiyasının Siyasi Şurasının üzvləri partiya sədrinə etiraz edirlər

Müxalifət partiyasının Siyasi Şurasının üzvləri partiya sədrinə etiraz edirlər
# 12 aprel 2011 14:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AMDP) Siyasi Şurasının (SŞ) üzvləri mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, tədbirdə AMDP-nin 7 SŞ üzvündən 6-sı iştirak edib. Partiya sədri Tufan Kərim istisna olmaqla, SŞ-nin digər üzvləri - Oqtay Xəlilli, Nurəddin İsmayılov, Eldar Tağıyev, Mübariz Hümbətov, İlyas Abdullayev və Əligül Məmmədov tədbirə qatılıblar.

Onlar partiyanın 2008-ci ildə keçirilmiş sonuncu qurultayından keçən dövr ərzində AMDP-yə sədrlik edən Tufan Kərimin partiyanın məramında əksini tapan ideyaların həyata keçirilməsi yönündə heç bir siyasi fəaliyyət göstərmədiyini vurğulayıblar. Qeyd edilib ki, bununla yanaşı, partiyanın prinsiplərinə zidd olaraq, T. Kərim başqa partiyaların liderlərinə böhtan və iftiralar atmaqdan belə çəkinməyib. SŞ üzvləri partiya sədrinin bu mövqeyini pisləyib, onun partiyanın siyasi mövqeyi ilə heç bir əlaqəsi olmadığını bəyan ediblər.

SŞ yekdilliklə partiya sədrinin fəaliyyətinə qiymət vermək üçün partiyanın Böyük Məclisinin növbəti iclasının aprelin 24-də keçirilməsi və Nizamnaməyə uyğun olaraq növbəti qurultay keçirmək barədə qərar qəbul edib.

Bununla yanaşı, SŞ İctimai Palatada AMDP-nin də təmsil olunması barədə müvafiq müraciət qəbul edib.

T. Kərimin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR