Bank Of Baku

Vəkili Arif Hacılı ilə görüşüb

Vəkili Arif Hacılı ilə görüşüb
# 13 aprel 2011 09:34 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Yavər Hüseynov aprelin 2-də İctimai Palatanın Bakının mərkəzində keçirmək istədiyi etiraz aksiyası zamanı saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə görüşüb. Bu barədə APA-ya Yavər Hüseynov məlumat verib. Vəkil bildirib ki, Arif Hacılının saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Onun səhhəti normaldır.

Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail rayon Məhkəməsi Arif Hacılın barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR