Bank Of Baku

Əvəz Temirxan: “İctimai Palata “səkkizlər”in bir araya gəlməsinə razılıq versə, müxalifətin birliyi istiqamətində növbəti addım atılar”

Əvəz Temirxan: “İctimai Palata “səkkizlər”in bir araya gəlməsinə razılıq versə, müxalifətin birliyi istiqamətində növbəti addım atılar”
# 13 aprel 2011 10:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İctimai proseslərin nüvəsində KXCP, AXCP, ADP, VİP, ALP, AMİP, Ümid və Müsavat partiyalarını görürük. Bu 8 partiyanın çevrəsindən kənarda olan partiyaların da bir araya gətirilməsi məsələsini gündəmə çıxarmışıq. Müxalifətin Müşahidə Mərkəzinin və ya Böhran Masasının yaradılması təklifi də bu məqsədlə Lalə Şövkət tərəfindən irəli sürülüb”.

Bu açıqlamanı APA-ya Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. O bildirib ki, bir müddət öncə ADP sədri Sərdar Cəlaloğlu ilə Lalə Şövkətin görüşü keçirilib: “Burada həmin təklif müzakirə olundu, həmçinin Sərdar Cəlaloğlu tərəfindən müxtəlif variantlar irəli sürüldü. Lalə Şövkət bildirdi ki, “Səkkizlər”in dəyirmi masa arxasında bir araya gəlməsinin tərəfdarıdır. İndi top meydanın İctimai Palatada təmsil olunan partiyalara aid hissəsindədir. Əgər onlar buna razılıq verərlərsə, müxalifətin birliyi istiqamətində növbəti addım atılar. Əgər razılıq verməsələr, Vətəndaş və İnkişaf Partiyası ilə birgə müxalifətin birliyi istiqamətində öz fəaliyyətimizi davam etdirəcəyik”.

Ə. Temirxan qeyd edib ki, bəzi qəzetlərdə bu təklifdən sonra onlara qarşı qara kampaniya başlayıb: “Bizi iqtidarla əməkdaşlıqda günahlandırılar. Lakin ittiham edən şəxsin özü neçə illərdir iqtidarın müxalifətdəki rezidenti rolunu oynayır və münasibətləri qarışdırmaqla məşğuldur. Biz bunun fərqindəyik və lazımı cavab verəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR