Bank Of Baku

İP: Bakı Şəhər İcra Hakimiyyəti Koordinasiya Şurasının müəyyənləşdirdiyi şəxslərlə görüşdən imtina edib

İP: Bakı Şəhər İcra Hakimiyyəti Koordinasiya Şurasının müəyyənləşdirdiyi şəxslərlə görüşdən imtina edib
# 13 aprel 2011 13:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) müəyyənləşdirdiyi şəxslərlə görüşdən imtina edib. Bu barədə APA-ya açıqlamasında İP-ə daxil Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib. BŞİH-ə rəsmi məktubla müraciət etdiklərini xatırladan A. Səmədbəyli bu gün BŞİH-in İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovla danışdıqlarını, Z. Ramazanovun görüşdən imtina barədə xəbəri İP nümayəndələrinin diqqətinə çatdırdığını söyləyib.

BŞİH-in İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya açıqlamasında İP KŞ üzvləri ilə görüşdən imtina etmədiklərini bildirib: “Telefonla zəng vurulmuşdu. Mən də bildirdim ki, müraciətə baxılmayıb. Onların müraciətinə baxılandan sonra ya yazılı, ya da şifahi qaydada müvafiq cavab veriləcək”.

Z. Ramazanov İP-yə daxil olan partiya nümayəndələri adından aprelin 17-də aksiya keçirməklə bağlı BŞİH-ə daxil olmuş müraciətə hazırda baxıldığını da bildirib: “Bu müraciətə ən gec aprelin 14-də cavab veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR