Bank Of Baku

Polis AXCP sədrinin müavininə paytaxtdan çıxmamaq və mitinqə qatılmamaq barədə xəbərdarlıq edib

Polis AXCP sədrinin müavininə paytaxtdan çıxmamaq və mitinqə qatılmamaq barədə xəbərdarlıq edib
# 13 aprel 2011 13:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çağırış əsasında yaşadığı Abşeron rayonunun Polis Şöbəsində olub. Bu barədə APA-ya F. Qəhrəmanlı özü məlumat verib. O, polis şöbəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis mayoru Surxay Cəfərovla görüşdüyünü bildirib. S. Cəfərov AXCP sədrinin müavininə polis nəzarətində qaldığı müddət üçün təlimat verib, F. Qəhrəmanlıya bəzi məsələlərlə bağlı xəbərdarlıq edib.

Belə ki, F. Qəhrəmanlı həftədə üç dəfə Abşeron Rayon Polis Şöbəsinə gedərək paytaxtdan kənara getmədiyi barədə sənədə imza atmalıdır. F. Qəhrəmanlıya Bakı şəhərindən kənara çıxmaq yasaq olunub. O, yalnız polis şöbəsinə ərizə yazaraq müsbət cavab aldığı təqdirdə paytaxtdan kənara həmin yeri deməklə gedə bilər.
F. Qəhrəmanlının mitinqlərdə iştirakına da qadağa qoyulub. Şöbə rəisi ona bildirib ki, mitinqlərdə iştirakı təsdiqlənərsə, polis nəzarəti həbs-qətimkan tədbiri ilə əvəzlənəcək.

F. Qəhrəmanlı şöbə rəisinin verdiyi təlimata əməl edəcəyini, o cümlədən İctimai Palatanın aprelin 17-nə təyin olunmuş aksiyasında iştirak etməyəcəyini deyib.

Qeyd edək ki, İctimai Palatanın 2 aprel aksiyasında saxlanmış F. Qəhrəmanlı iki gün sonra buraxılıb. Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə təqsirləndirilən şəxs qismində istintaq müddətində onun polis nəzarətində olacağı haqda qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR