Bank Of Baku

AMİP Siyasi Şurasının iclası keçirilib

AMİP Siyasi Şurasının iclası keçirilib
# 13 aprel 2011 14:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər rayon təşkilatlarının da iştirakı ilə keçirilən Siyasi Şuranın iclasında ölkədəki mövcud durum, aprelin 2-də keçirilən etiraz aksiyası, eləcə də İctimai Palatanın aprelin 17-də keçirəcəyi mitinq müzakirə olunub. İclasda aprelin 2-də keçirilən aksiya zamanı polis zorakılığının tətbiq edilməsi pislənilib, həbs olunanların dərhal azadlığa buraxılmasını, saxta cinayət işlərinə xitam verilməsi, həmçinin, repressiyalara son qoyulmasını tələb edilib.

İclasda aprelin 17-də keçiriləcək aksiyanın daha mütəşəkkil və izdihamlı keçirilməsi üçün Siyasi Şura Bakı şəhər və ətrafı rayon təşkilatlarına fəal çalışmaq, təbliğatı gücləndirmək tapşırığı verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR