Bank Of Baku

2 aprel aksiyası zamanı saxlanılan üç nəfərin apellyasiya şikayəti təmin olunmayıb

2 aprel aksiyası zamanı saxlanılan üç nəfərin apellyasiya şikayəti təmin olunmayıb
# 13 aprel 2011 16:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın aprelin 2-də keçirməyə cəhd göstərdiyi kütləvi aksiya zamanı saxlanılan üç nəfərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli, AXCP Ali Məclisinin Rəyasət Heyətinin üzvü Rövşən Quliyev və bitərəf Hikmət Ağayevin apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, onların barəsində məhkəmə 7 sutkalıq inzibati həbs qərarı çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR