Bank Of Baku

““İnkişafın Azərbaycan modeli” kitabı - sosial inkişaf və güclü iqtisadiyyat kontekstində” mövzusunda toplantı keçirilib

““İnkişafın Azərbaycan modeli” kitabı - sosial inkişaf və güclü iqtisadiyyat kontekstində” mövzusunda toplantı keçirilib
# 14 aprel 2011 11:39 (UTC +04:00)
APA-nın məlumatına görə, BMAM sədri Rufiz Qonaqov bildirib ki, Azərbaycanın inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması əhəmiyyətli məsələlərdən biridir.

Onun sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kitabı uğurlu elmi addımlardan biri kimi səciyyələndirilməlidir: “Kitabda son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar, milli inkişaf modelini səciyyələndirən məsələlər kimi diqqətə çatdırılır”.

Milli QHT Forumunun rəhbəri Rauf Zeyni isə deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyada mövcud olan iqtisadi modellərdən hansının seçilməsi ciddi məsələ olsa da, bu problem iqtidarın uğurlu siyasəti nəticəsində aradan qaldırılıb: “Heydər Əliyev tərəfindən iqtisadiyyatın Azərbaycan modeli yaradıldı, onun həyata keçirilməsi də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi inkişaf modeli ölçülüb-biçilmiş, milli məfkurəyə cavab verən modeldir”.

Milli Məclisin deputatı Yevda Abramov bildirib ki, artıq Azərbaycanın inkişaf modeli bundan sonra bazar iqtisadiyyatı yolu keçəcək ölkələr üçün bir nümunədir. O, kitabın əhəmiyyətindən danışaraq, burada Azərbaycanın keçdiyi inkişaf dövrünün elmi əsaslarla təhlil olunduğunu da qeyd edib. Toplantıda çıxış edən Gülər Əhmədova, Çingiz Qənizadə, Fazil Mustafa və digər tədbir iştirakçıları kitabın əhəmiyyətindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR