Bank Of Baku

Laçın rayon icra hakimiyyətinin əməkdaşı “Azadlıq” qəzeti tərəfindən şantaj olunduğunu bildirir

Laçın rayon icra hakimiyyətinin əməkdaşı “Azadlıq” qəzeti tərəfindən şantaj olunduğunu bildirir
# 14 aprel 2011 13:12 (UTC +04:00)
Bakı-APA. “Laçın rayon icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyən Akif Hüseynov «Facebook» sosial şəbəkəsində hər hansı məlumat yerləşdirməyib”. Bu barədə rayon icra hakimiyyətindən APA-ya daxil olan məlumatda bildirilir.

Məlumatda «Azadlıq» qəzetinin 14 aprel 2011-ci il tarixli sayında dərc edilmiş «Dövlət məmuru siyasi hakimiyyəti necə ifşa etdi? İcra hakimiyyəti aparatından şok açıqlamalar!» adlı məqaləyə kəskin etiraz bildirilir, məqalə radikal müxalifətin növbəti şantaj cəhdi kimi qiymətləndirilir: “Laçın rayon icra hakimiyyətindən bildirilir ki, ərazi idarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyən Akif Hüseynov «Facebook» sosial şəbəkəsində hər hansı məlumat yerləşdirməyib. Sosial şəbəkədə bu cür əsassız və böhtan xarakterli məlumatın yerləşdirilməsi radikal müxalifətin təxribatçı əməllərindən biridir. Dövlətə və dövlətçiliyə, eləcə də Yeni Azərbaycan Partiyasına sədaqətli olan Akif Hüseynov “Azadlıq” qəzetində bu cür məqalənin dərc edilməsi ilə konstitusion hüquqlarının kobud şəkildə pozulduğunu və dövlət məmuru kimi şantaj edildiyini bəyan edir. O, bu işin təşkilatçılarının müəyyən edilərək, məsuliyyətə cəlb olunması üçün məhkəmə orqanlarına müraciət edəcək”.

Qeyd edək ki, “Azadlıq” qəzetində dərc olunmuş materialda Laçın RİH-in şöbə müdiri kimi göstərilmiş Akif Hüseynovun «Facebook» sosial şəbəkəsində müraciət yerləşdirdiyi iddia edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR