Bank Of Baku

Partiya liderlərinin 17 aprel aksiyasında iştirak edib-etməyəcəkləri bilinmir

Partiya liderlərinin 17 aprel aksiyasında iştirak edib-etməyəcəkləri bilinmir
# 14 aprel 2011 13:40 (UTC +04:00)
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya deyib ki, partiya başqanı İsa Qəmbərin 17 aprel aksiyasına qatılıb-qatılmayacağı ilə bağlı hazırda müzakirələr gedir. Dəqiq cavab müzakirələrin sonunda bilinəcək.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun aksiyaya qatılıb-qatılmayacağı isə aprelin 16-da KXCP-də mitinqlə bağlı keçiriləcək müşavirədə məlum olacaq. KXCP-nin Təşkilat şöbəsinin rəhbəri Xəzər Teyyublu APA-ya deyib ki, əslində partiya liderləri polis zorakılığı olması gözlənilən aksiyalara qatılmamalıdır: “Özünüz də görürdünüz ki, əvvəlki aksiyalarda polis necə zorakılıq göstərirdi. Axı hansısa polis çavuşunun nüfuzlu partiya liderinə dəyənək qaldırması nə qədər doğru ola bilər?”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov da APA-ya açıqlamasında AMİP sədri Yusif Bağırzadənin 17 aprel aksiyasında iştirak edib-etməyəcəyinin hələ ki, məlum olmadığını deyib. Ə. Orucov partiya liderlərinin icazəsiz aksiyaya qatılmasının əleyhinə olduğunu da bildirib: “İcazəli aksiya olarsa, liderlər qatılacaq”.

AXCP-dən isə partiya sədri Əli Kərimlinin 17 aprel aksiyasında iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR