Bank Of Baku

Azərbaycanın Zərdab rayonunda müxalifət partiyalarından kütləvi istefalar baş verib

Azərbaycanın Zərdab rayonunda müxalifət partiyalarından kütləvi istefalar baş verib
# 14 aprel 2011 15:46 (UTC +04:00)
APA-nın yerli bürosundan verilən məlumata görə, ADP, Müsavat, AMİP və AXCP-nin yerli rayon şöbəsini son iki gündə ümumilikdə 174 nəfər tərk edib.

ADP-nin Zərdab rayon təşkilatı sədri Rasim Kərimov başda olmaqla 34 nəfərlə fəaliyyətini tamamilə dayandırıb.

AMİP-in yerli təşkilatının sədri Namiq Kürçaylı başda olmaqla ümumilikdə 84 üzvlə bu partiyanın rayon şöbəsi tamlıqla istefa verib.

AXCP-nin yerli şöbəsindən 28 nəfər, Müsavatdan isə 12 nəfər istefa ərizəsi yazıb.

Onlar bəyanatlarında bu ilin martından üzü bəri bir qrup gəncin müxalifət partiyalarının sədrlərinin təsiri altına düşərək ictimai asayişi pozması, sosial və xidməti obyektlərə ziyan vurmalarını pisləyib, partiyalarının ölkədə sabitliyi pozmağa cəhddə ittiham ediblər. İstefalarını da partiya rəhbərlərinin bu fəaliyyətinə və xarici qüvvələrin təsiri altında olmasına etirazları ilə əlaqələndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR