Bank Of Baku

Azərbaycan prezidenti Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan prezidenti Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
# 14 aprel 2011 20:15 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, parkın yenidən qurulması münasibətilə təbriklərini çatdıran dövlət başçısı Masallının yeni inkişaf dövrünü yaşadığını deyib.

Masallıda görülən işlər barədə danışan prezident gələn ilin sonunadək rayonun bütün məntəqələrinin qazlaşacağını bildirib və bunun tarixi nailiyyət olacağını vurğulayıb.

Azərbaycanda elektrik enerjisi ilə təchizatında heç bir problemin olmadığını, içməli su və kanalizasiya məsələlərinin həllini tapdığını qeyd edən dövlət başçısı ölkədə sosial infrastrukturun yaradılmasına böyük diqqət göstərildiyini deyib.

Prezident İlham Əliyev ölkənin sürətli inkişafı, beynəlxalq aləmdə artan mövqeləri barədə də danışıb. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələrinə yeni uğurlar arzulayıb.

Rayon ictimaiyyəti adından çıxış edən müəllim Əhməd Məmmədov və Milli Məclisin deputatı Elmira Axundova Masallıya və bütövlükdə ölkənin sürətli inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə rayon sakinlərinin minnətdarlığını dövlət başçısına çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR