Bakıda korrupsiyaya qarşı mübarizə forumu keçirilir - FOTOSESSİYA
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov bildirib ki, korrupsiya ilə mübarizədə sıx əməkdaşlıq və daimi format olmalıdır: “Bu məqsədə çatmaq, iqtisadiyyatın davamlı inkişafını təmin etmək məqsədilə bir çox vəzifələr, o cümlədən makroiqtisadi sabitliyin qorunması, sağlam rəqabətin gücləndirilməsi, inhisarçılığın qarşısının alınması, vergilər bazasının genişləndirilməsi, investisiya proqramlarının və investisiya yönümlü siyasətin davam etdirilməsi üçün tədbirlər müəyyən edilib. Korrupsiyanı doğuran səbəblər müxtəlifdir. Burada iqtisadi, institusional, sosial, mədəni faktorlar xüsusi seçilir”.
F. Ələsgərov DİN-in Yol Patrul Xidməti və Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə əlaqədar fərmanlardan irəli gələn addımlar haqda da danışıb: “Fərmanlara əsasən bu qurumlarda çalışan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə bu orqanlar tərəfindən toplanan cərimələrdən daxil olan vəsaitin 25 faizi həmin orqanların əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq. Bundan sonra cərimələr bank və plastik kartlar vasitəsilə ödəniləcək. Bu sistem yaxın vaxtlarda miqrasiya xidmətində də tətbiq olunacaq”.
Baş prokuror, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Zakir Qaralov QHT-lərlə səmərəli əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə Azərbaycanda həmişə olub, lakin beynəlxalq standartlara uyğun mübarizə konsepsiyasına 2003-cü ildən başlanıb. Z. Qaralov qeyd edib ki, görülən tədbirlər nəticəsində cinayətlərin qarşısının alınmasına nail olunur: “Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində struktur islahatları həyata keçiriləcək”.
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel “Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq” mövzusunda çıxış edib. O bəyan edib ki, korrupsiya deyilən virus cəmiyyətin demokratikləşməsini zəiflədən, iqtisadiyyatı məhv edən bəladır: “Azərbaycanda bu istiqamətdə işlərin görülməsi, qanunvericilik bazasının hazırlanması böyük və önəmli addımların bir hissəsidir. Mübarizə çərçivəsində hüququn aliliyini öndə tutmaq daha vacibdir. Bu, dünya təcrübəsindən irəli gəlir. Başqa ölkələrin təcrübələrindən də bəhrələnmək olar”.
Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia “Avrointeqrasiya prosesində korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti” mövzusunda çıxışında korrupsiyanın dövlət və cəmiyyətin inkişafına qarşı neqativ təsirindən danışıb: “Korrupsiya ictimai narazılığı artırır, qanunun aliliyini zəiflədir və bütün sistem əziyyət çəkir, cəmiyyətin sarsılmasına gətirib çıxarır. Gəlirin aşağı olması da korrupsiyaya səbəb olur”.
Korrupsiya ilə mübarizənin yolları haqda danışan R. Kobia deyib ki, Azərbaycanın bu problemlə mübarizə aparmaq üçün bütün imkanlar var: “Cəmiyyət korrupsiyaya qarşı mübarizədə dövlətə kömək etməlidir. Azərbaycanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərin arasında da korrupsiya ilə mübarizə yer alıb. Əgər Azərbaycan maraqlıdırsa, biz hökumətə korrupsiya əleyhinə proqramın hazırlanmasında və layihələrin həyata keçirilməsində kömək edə bilərik. Biz Azərbaycanın sabit və uğurlu ölkə kimi görmək istəyirik”.
Forum davam edir.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
Qafqaz Albaniyasının xristian irsi: Tarixi mənbələr və Azərbaycanın mədəni yaddaşı - RƏY
Rusiya və Ukrayna arasında 275 hərbçinin meyiti dəyişdirilib
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
İran İsveç diplomatını ölkədən çıxarır
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
İranda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub, ölənlər var
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir
Prezident: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
Erməni nazir: Azərbaycandan idxal benzinin qiymətinin daha yüksək səviyyəyə çatmasının qarşısını alıb
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Paşinyan: Rusiya hərbi bazası Ermənistana lazım deyil, istəyirlər, sabah çıxarsınlar
Rusiya Qara dənizdə xarici gəmiyə dron zərbəsi endirib: kapitan ölüb, yaralılar var
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
Ermənistanda zəlzələ olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib - FOTO - YENİLƏNİB
Paşinyan rus dili kursuna gedir
Kobaxidze: Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
Sabahın hava proqnozu açıqlanıb
Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Azərbaycanda məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
DİN-ə yeni vəzifə həvalə olunub
Zelenski: Ukrayna ordusu Rostovda hərbi aerodromda 3 təyyarə və 3 helikopteri məhv edib
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO
Bakıda günəş elektrik stansiyası və Batareya Enerji Saxlanc Sistemi tikiniləcək
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır