Bank Of Baku

Azərbaycanın baş prokuroru: “Müxalifətin qanunsuz aksiyalarının təşkilatçılarına qarşı ciddi tədbirlər görülə bilər”

Azərbaycanın baş prokuroru: “Müxalifətin qanunsuz aksiyalarının təşkilatçılarına qarşı ciddi tədbirlər görülə bilər”
# 15 aprel 2011 09:22 (UTC +04:00)
O qeyd edib ki, radikal müxalifət qüvvələri Azərbaycanda sabitliyi pozmağa cəhd göstərir: “Biz bilirik bu sifarişlər haradan qaynaqlanır. Radikal müxalifət bilməlidir ki, Azərbaycanda hüquqi-dünyəvi dövlət qurulub. İctimai-siyasi proseslər qanunla tənzimlənir. Qanunsuz keçirilən aksiyaların qarşısı alınacaq”.

Z. Qaralov müxalifətin 2 aprel aksiyasına da münasibət bildirib. O qeyd edib ki, aprelin 2-də keçirilən aksiya nəticəsində vətəndaşların əmlakı dağıdılıb, ictimai asayiş kobud şəkildə pozulub: “Məlum hadisələrlə bağlı 9 nəfər məsuliyyətə cəlb edilib, istintaq davam edir, ölkədə ictimai asayişi pozan şəxslərə qarşı ciddi tədbirlər görüləcək. Bu, aksiyanın təşkilatçılarına da şamil edilə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR