Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası korrupsiya ilə mübarizə sahəsində 5 istiqamət üzrə müsabiqə elan edəcək
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev şuranın korrupsiyaya qarşı mübarizə sahəsində dəstəklədiyi layihələrlə bağlı deyib ki, qurumun yaradıldığı ilk ildə - 2008-ci ildə 3, 2009-cu ildə 7 layihə maliyyələşdirilib, 2010-cu ildə isə “Antikorrupsiya ekspertizası haqqında” qanun layihəsi şura tərəfindən dəstəklənib və maliyyələşdirilib: “Son 3 ildə 18 layihə dəstəklənib. 7368 nəfər layihədə bu və ya digər səviyyədə iştirak edib”.
A. Quliyev 2011-ci ildə də korrupsiyaya qarşı mübarizə ilə bağlı əhəmiyyətli layihələrin dəstəkləndiyini və şuranın bu istiqamət üzrə vətəndaş cəmiyyətinə yardım edəcəyini vurğulayıb: “Şuranın aprelin 12-də keçirilən iclasında qərara aldıq ki, QHT-lərin korrupsiya ilə mübarizədə fəal iştirakı üçün ayrıca 5 istiqamət üzrə müsabiqə elan edək”.
İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar İTV-də həyata keçirilən layihənin təqdimatı” mövzusunda çıxış edib. O bildirib ki, İTV-də “Korrupsiya – YOX” adlı veriliş efirə çıxacaq: “Proqram canlı yayımlanacaq. Aidiyyəti qurumların birinci şəxslərinin verilişdə iştirakı təmin olacaq”.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin rəhbəri İnam Kərimov bəyan edib ki, bu sahədə əsas işlərdən biri də hüquq klinikalarının yaradılmasıdır və bu istiqamət üzrə addımların atılmasına başlanıb: “Çalışırıq ki, öz fəaliyyətimizlə həyata keçirilən layihələrə dəstək verək. Məsələn, www.rusum.az saytı yaradılıb. Bu internet səhifəsində dövlət orqanlarındakı rüsumların miqdarı açıq şəkildə vətəndaşların diqqətinə çatdırılıb. Digər mühüm layihə isə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə həyata keçiriləcək. Bu layihə çərçivəsində www.muraciet.az internet səhifəsi yaradılacaq”.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə, süründürməçiliyə yol açan normativ aktların korrupsion ekspertizası həyata keçirilməli, hökumət qurumlarının “qaynar xət”lərinin işlək mexanizmində operativlik artırılmalıdır.
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov hesab edir ki, proseduraların sadələşdirilməsinə ehtiyac var: “Vətəndaşlarla əlaqələr intensivləşdirilməlidir. Məvaciblər ən azı iki dəfə artırılmalıdır”.
Müzakirələrin sonunda Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin bəyanatı qəbul olunub. Bəyanatda bildirilir ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan prezidentinin bəyan etdiyi kimi davamlı, ardıcıl olmalı, bütün sahələri əhatə edən kompleks tədbirlərin həyata keçirilməsini ehtiva etməlidir. Bu zaman vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edilməli, qanunun aliliyi prinsipi rəhbər tutulmalıdır.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
Qafqaz Albaniyasının xristian irsi: Tarixi mənbələr və Azərbaycanın mədəni yaddaşı - RƏY
Rusiya və Ukrayna arasında 275 hərbçinin meyiti dəyişdirilib
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
İran İsveç diplomatını ölkədən çıxarır
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
İranda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub, ölənlər var
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir
Prezident: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
Erməni nazir: Azərbaycandan idxal benzinin qiymətinin daha yüksək səviyyəyə çatmasının qarşısını alıb
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Paşinyan: Rusiya hərbi bazası Ermənistana lazım deyil, istəyirlər, sabah çıxarsınlar
Rusiya Qara dənizdə xarici gəmiyə dron zərbəsi endirib: kapitan ölüb, yaralılar var
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
Ermənistanda zəlzələ olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib - FOTO - YENİLƏNİB
Paşinyan rus dili kursuna gedir
Kobaxidze: Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
Sabahın hava proqnozu açıqlanıb
Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Azərbaycanda məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
DİN-ə yeni vəzifə həvalə olunub
Zelenski: Ukrayna ordusu Rostovda hərbi aerodromda 3 təyyarə və 3 helikopteri məhv edib
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO
Bakıda günəş elektrik stansiyası və Batareya Enerji Saxlanc Sistemi tikiniləcək
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır