Azərbaycan prezidenti yenidən qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışında iştirak edib
Daha sonra prezident İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun əvvəlki və indiki vəziyyətini əks etdirən stendə baxıb. Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun əsas yollarından olan Astara-Bala Şahağac avtomobil yolunun tikintisi də bu qəbildəndir.
Qeyd olunub ki, Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq, onların daimi istifadə etdikləri Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması üçün prezident İlham Əliyev 2010-cu il aprelin 21-də “Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə 3,5 milyon manat vəsait ayrılıb.
Dövlət başçısına məlumat verilib ki, əvvəllər Ələt-Astara magistralı ilə paralel olaraq dövlət əhəmiyyətli yol kimi istifadə edilən, Xəzər dənizinin sahili boyunca çəkilmiş 19 kilometrlik Astara-Bala Şahağac avtomobil yolu uzun müddət baxımsızlıq ucbatından və dənizin səviyyəsinin qalxması ilə əlaqədar yararsız vəziyyətə düşüb. Rayonun yeddi iri yaşayış məntəqəsini əhatə edən yolun ətrafında Astara dəmir yolu stansiyası, tikilməkdə olan Astara Olimpiya İdman Kompleksi, neft və yük terminalları, həmçinin digər dövlət əhəmiyyətli obyektlər yerləşir. İndi bu avtomobil yolu müasir tələblərə uyğun yenidən qurulub, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılıb. Asfalt örtüyünün eni 6 metr, qalınlığı 7 santimetr olan yolun hər iki tərəfində eni 2,6 metr olan piyada yolu salınıb. Yolun müəyyən hissəsi Xəzər dənizinin yaxınlığından keçdiyindən 500 metr ərazidə sahil-bərkitmə işləri görülüb. Bundan əlavə, yol boyu 3 körpü və 6 suötürücü əsaslı təmir edilmiş, 5 avtobus dayanacağı tikilib.
Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra yolun açılışını bildirən lenti kəsib.
Dövlət başçısı Astara-Bala Şahağac avtomobil yolunda görülən işləri yüksək qiymətləndirib.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb