Bank Of Baku

Azərbaycan prezident İlham Əliyev Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezident İlham Əliyev Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
# 15 aprel 2011 11:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı Mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra yaradılmış şəraitlə tanış olub.

Prezidentə məlumat verilib ki, Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə onun uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanıb.

Sonra dövlət başçısı Mərkəzin ikinci mərtəbəsində yaradılmış şahmat, təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və elektron kitabxana ilə tanış olub.

Prezident İ. Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR