Bank Of Baku

Siyavuş Novruzov: “Bu gün Azərbaycanda hərbi xidmətdən yayınan bir neçə nəfər alternativ xidmət keçmək istəyir”

Siyavuş Novruzov: “Bu gün Azərbaycanda hərbi xidmətdən yayınan bir neçə nəfər alternativ xidmət keçmək istəyir”
# 15 aprel 2011 13:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. «Bu gün Azərbaycanda hərbi xidmətdən yayınan bir neçə nəfər alternativ xidmət keçmək istəyir». APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı, Respublika Çağırış Komissiyasının üzvü Siyavuş Novruzov deyib.

«Alternativ xidmət, əsasən, dinini və cinsini dəyişmiş insanlara şamil olunur. Başqa hallarda kimsə alternativ xidmətdən yararlana bilməz. Üstəlik Azərbaycanda hələ «Alternativ xidmət haqqında» qanun da yoxdur», - deyə S. Novruzov vurğulayıb.

S. Novruzov qeyd edib ki, hazırda ölkə üzrə gənclərin həqiqi hərbi xidmətə çağırışı prosesi normal davam edir. Həqiqi hərbi xidmətdən yayınma hallarının ümumilikdə qeydə alınmadığını deyən deputatın sözlərinə görə, bəzi çağırışçıların ölkədə olmaması kimi problemlərlə rastlaşırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR