Bank Of Baku

Əli Kərimli: “Azərbaycan müxalifəti dinc mübarizənin tərəfdarıdır”

Əli Kərimli: “Azərbaycan müxalifəti dinc mübarizənin tərəfdarıdır”
# 15 aprel 2011 13:32 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycan müxalifəti dinc mübarizənin tərəfdarıdır”. APA-nın məlumatına görə, bunu AXCP sədri Əli Kərimli Azərbaycanın baş prokuroru Zakir Qaralovun onun barəsində bu gün verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Qeyd edək ki, baş prokuror açıqlamasında AXCP sədrini qanunsuz əməllərdən çəkinməyə çağırıb. O deyib ki, Ə. Kərimli gəncləri qanunsuz yola dəvət etməməlidir: “Vətəndaş Əli Kərimli qanunsuz əməllərdən çəkinməli, gəncləri qanunsuz əməllərə, zorakılığa, itaətsizliyə sövq etməməlidir. Onun kimin sifarişini yerinə yetirdiyi bizə bəllidir”.

AXCP sədri isə hər zaman zorakılığın əleyhinə olduğunu, heç kimi qanunsuz əməllərə, zorakılığa, itaətsizliyə çağırmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR