Bank Of Baku

Prezident İlham Əliyev Astarada Dövlət Bayrağı Meydanı ilə tanış olub

Prezident İlham Əliyev Astarada Dövlət Bayrağı Meydanı ilə tanış olub
# 15 aprel 2011 13:54 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Astarada Gənclər Evinin açılışında iştirak edib. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, əvvəlcə prezident İlham Əliyev Astara şəhərinin Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə tanış olub. Meydanda 65 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb. Ətrafda ən müasir tələblərə cavab verən park salınıb, müasir işıqlandırma sistemi qurulub və abadlıq işləri görülüb.

Dövlət başçısı Gənclər Evinin açılışını bildirən lenti kəsdikdən sonra ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış olub. Burada gənclərin istirahəti və dincəlməsi üçün hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində çay evi və internet klub, ikinci mərtəbədə isə bayraq guşəsi və şahmat klubu fəaliyyət göstərir. Ümumilikdə burada 12 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Dövlət Bayrağı Muzeyində 1918-ci ildən bəri Azərbaycanda mövcud olan dövlət bayraqlarının nümunələri təqdim edilir, qədim pullar, medallar və digər tarixi eksponatlar nümayiş etdirilir. Muzeydə Azərbaycanın hərb tarixinə dair eksponatlara da geniş yer verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR