Bank Of Baku

Azərbaycan prezidenti Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan prezidenti Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
# 15 aprel 2011 16:10 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın cənub bölgəsində səfərdə olan prezident İlham Əliyev aprelin 15-də Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. APA-nın məlumatına görə, prezident Astaraya bir neçə dəfədir, səfər etdiyini qeyd edərək, rayonda bir çox layihələrin icra edildiyini deyib. Dövlət başçısı ölkədə regionların sosial-iqtisadi inkişafı proqramının uğurla həyata keçirildiyini və bunun nəticəsinin Astarada da müşahidə olunduğunu vurğulayıb.

Astarada son illərdə istehsalın artdığını, yeni müəssisələrin istifadəyə verildiyini, məktəb, uşaq bağçalarının inşa olunduğunu qeyd edən prezident İ. Əliyev Azərbaycanda gedən dinamik inkişaf barədə danışıb. O, son illərdə maaş və pensiyaların bir neçə dəfə artdığını, bir neçə aydan sonra növbəti artımın gözlənildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR