Bank Of Baku

İctimai Palatanın Mitinq Komitəsinin üzvlərinə xəbərdarlıq edilib

İctimai Palatanın Mitinq Komitəsinin üzvlərinə xəbərdarlıq edilib
# 15 aprel 2011 16:21 (UTC +04:00)
Bu barədə APA-ya H. Məlikov məlumat verib. O, BŞBPİ-nin rəis müavini Yaşar Əliyev, Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov və Bakı Şəhər Prokurorluğunun idarə rəisi Arif Pənahovla görüşdüklərini bildirib.

Mitinq Komitəsinin üzvlərinə aprelin 17-nə təyin olunan aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Sürücülük Məktəbinin həyətindəki meydançanın ayrıldığı xatırladılıb. MK üzvləri isə həmin yerdə aksiya keçirilməsinin mümkün olmadığını, Konstitusiyanın 49-cu maddəsinə əsasən, sərbəst toplaşmaq hüquqlarının olduqlarını bildiriblər.

Sonda MK üzvlərinə aprelin 17-nə təyin olunmuş razılaşdırılmamış aksiya ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, İP-nin etiraz aksiyasının aprelin 17-də saat 16.00-dan 18.00-dək “Sahil” bağında keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR