Bank Of Baku

Arif Rəhimzadə: “Bir qrup müxalifətçi xarici qüvvələrin əlində ucuz alətə çevrilib”

Arif Rəhimzadə: “Bir qrup müxalifətçi xarici qüvvələrin əlində ucuz alətə çevrilib”
# 16 aprel 2011 10:10 (UTC +04:00)
Bakı – APA. “Radikal müxalifət partiyaları indiki fəaliyyətləri ilə Azərbaycanı 1990-cı illərin əvvəlinə qaytarmaq istəyirlər. Ancaq biz bu mərhələni çoxdan keçmişik”. APA-nın məlumatına görə, bu fikirlərin YAP-ın saytına açıqlamasında partiya İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
A. Rəhimzadə bildirib ki, heç bir idarəçilik səriştəsi olmayan, siyasi fəaliyyətləri və təcrübələri sıfra bərabər olan bəzi müxalifətçilərin hərəkətləri məntiqsizdir. Onun sözlərinə görə, səs-küy salmaqla ölkədə qarışıqlıq yaratmaq istəkləri mümkünsüzdür: “Sabitliyi pozmaq istəyənlər xaricdən maliyyələşirlər. Onlar Azərbaycanın reallıqlarını bilməyənlərdir. Hesab edirlər ki, hansısa qarşıdurmalarla nəyəsə nail ola bilərlər. Amma başa düşmürlər ki, xarici qüvvələrin məqsədi Azərbaycana təzyiq etməkdir, öz maraqlarını təmin etməkdən ötrü ölkəmizə təsir göstərməyə çalışırlar. Bir qrup müxalifətçi isə onların əlində ucuz alətə çevrilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR