Bank Of Baku

AXCP sədri Əli Kərimli 2 aprel aksiyası ilə bağlı istintaqa ifadə verib

AXCP sədri Əli Kərimli 2 aprel aksiyası ilə bağlı istintaqa ifadə verib
# 16 aprel 2011 17:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu il aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi sanksiyalaşdırılmamış mitinq cəhdi zamanı baş verənlərlə bağlı istintaqa ifadə verib.

APA-nın xəbərinə görə, Ə.Kərimli bu gün saat 11:00-da Bakı şəhər Baş Polis İdarəsinə gedib və istintaq qrupuna ifadə verib.

AXCP sədri APA-ya açıqlamasında bildirib ki, müstəntiqlər tərəfindən dindirilməsi 8 saat davam edib. Onun sözlərinə görə, 2 aprel aksiyası zamanı şəhərdə bəzi ticarət obyektlərinin şüşələrinin sındırılması və bir qrup naməlum şəxsin qanunazidd əməllərinə dair açılmış cinayət işi üzrə istintaqa ifadə verib: «Həmin hadisələrlə bağlı istintaq qrupunun müstəntiqlərinin xeyli sualları vardı. Mən də şahid kimi dindirilirdim və o sualları cavablandırdım».

Qeyd edək ki, 2 aprel aksiyaları ilə bağlı ötən gün Müsavat Partiyasının başqanı İsa Qəmbər də Bakı şəhər Baş Polis İdarəsinə çağırılaraq istintaqa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR