Bank Of Baku

İctimai Palatanın aksiya təyin etdiyi ərazidə aksiya iştirakçıları müşahidə olunmayıb

İctimai Palatanın aksiya təyin etdiyi ərazidə aksiya iştirakçıları müşahidə olunmayıb
# 17 aprel 2011 14:33 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında hüquq müdafiəçisi Elçin Behbudov bildirib.

Saxlanılanlardan 9-u qadındır. Qadınlarla söhbət apardığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, onlar polis idarəsində hər hansı təzyiqlə üzləşmədiklərini deyiblər.

E. Behbudov digər rayonların Polis İdarələrinə də baş çəkəcəyini bildirib.

APA-nın hazırda Nizami kinoteatrının qarşısında olan əməkdaşının verdiyi xəbərə görə, iki müsavatçı və “Misir Mərdanova ar olsun!” şüarı səsləndirən bir nəfəri polis saxlayıb. Hazırda həmin ərazidə sakitlikdir. Ərazidə heç bir qrup, şüar səsləndirilməsi və s. müşahidə edilmir.

APA-nın hazırda “Fəvvarələr” meydanında, Nizami heykəlinin yanında olan əməkdaşının verdiyi məlumata görə, burda 4 nəfər saxlanılıb. Hazırda həmin ərazidə heç bir qrup görünmür.

Bu əraziyə əynində jurnalist gödəkcəsi olmadan yaxınlaşmış Natiq Cavadlı və Şahvələd Çobanoğlu polislə qısa mübahisədən sonra ərazidən uzaqlaşıblar.

Rəşid Behbudov küçəsində olan müxbirimiz də həmin istiqamətdə qrup şəklində aksiya iştirakçılarının görünmədiyini, hər hansı şüarlar səsləndirən şəxslərin olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR