Bank Of Baku

Saxlanılan iki əcnəbinin Dövlət Miqrasiya Xidmətinə aparıldığı bildirilir

Saxlanılan iki əcnəbinin Dövlət Miqrasiya Xidmətinə aparıldığı bildirilir
# 17 aprel 2011 15:49 (UTC +04:00)
Bakı-APA. Bu gün “Sahil” bağında çəkiliş aparan iki isveçli jurnalist Azərbaycana turist kimi gəlib. APA-nın əldə etdiyi məlumata görə, onların Azərbaycana səfərlərinin xidməti işləri ilə bağlı olmayıb, XİN-də akkreditasiyadan keçməyiblər.

“Sahil” bağında polisin apardığı təhlükəsizlik tədbirləri ilə bağlı onlardan ərazini tərk etmək tələb olunarkən, jurnalist olduqlarını bildirib, çəkilişi davam etdirmək istəyiblər.

Bundan sonra sənədlərin aydınlaşdırılması üçün onların Dövlət Miqrasiya Xidmətinə aparıldıqları bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR