Bank Of Baku

AMİP Siyasi Şurasının bugünkü toplantısında partiyanın İctimai Palatadan çıxması məsələsinin müzakirəsi gözlənilir - YENİLƏNİB

AMİP Siyasi Şurasının bugünkü toplantısında partiyanın İctimai Palatadan çıxması məsələsinin müzakirəsi gözlənilir - <font color=red>YENİLƏNİB</font>
# 18 aprel 2011 08:18 (UTC +04:00)
Bunu APA-ya AMİP Mərkəzi Şurasının sədri Adnan Novruzov deyib. A. Novruzov bildirib ki, bu gün AMİP Siyasi Şurasının növbədənkənar toplantısı keçiriləcək, bu məsələlər orada müzakirə olunacaq: “İclas partiya sədri tərəfindən çağırıldığından gündəlik orada bəlli olacaq”.

“AMİP-in İctimai Palatadan çıxması ilə bağlı məsələ gündəmdə varmı” sualına cavabında A. Novruzov bu barədə məlumatı olmadığını qeyd edib: “Yəqin ki, bu və ya digər məsələlər toplantıda müzakirə ediləcək. Əvvəlcədən də bəlli idi ki, İctimai Palatada təmsil olunan Müsavat Partiyası ilə AXCP liderlərinin şəxsi ambisiyaları AMİP-in orada normal fəaliyyət göstərməsinə imkan verməyəcək. İctimai Palatanın qarşısına qoyduğu məqsədlərə çatması üçün səmimi münasibətlər, qarşılıqlı inam, etibara ehtiyac var. Bu qurumda isə sadalananların heç biri yoxdur”.

A. Novruzov qeyd edib ki, AMİP-in İP-də təmsil olunmasına münasibəti mənfi olub: “Hesab edirdim ki, bununla bağlı tələskənliyə yol verilib. Ümumiyyətlə qurumun perspektivlərinə şübhə ilə yanaşırdım. AMİP daxilində bu fikirdə olanlar da az deyil. Hadisələrin inkişafı da bizim haqlı olduğumuzu göstərir”.

AMİP-in baş katibi Arzuxan Əlizadə isə APA-ya deyib ki, partiyanın Siyasi Şurasının bu gün keçiriləcək toplantısında AMİP-in İctimai Palatadan çıxması məsələsinin müzakirə edilməsi istisna deyil: “Dünənki aksiya ilə bağlı AMİP-in İctimai Palatada təmsil olunan partiyalardan bir qədər fərqli mövqeyi var idi. Bu mövqe AMİP sədri Yusif Bağırzadə tərəfindən İctimai Palatanın Koordinasiya Şurasının iclasında diqqətə çatdırılıb. Vaxtından əvvəl icazəsiz aksiyalara start verilməsi düzgün deyildi. Müəyyən müddət lazım idi ki, kütləviliyə nail olunsun”.

Partiyanın mətbuat katibi Əli Orucov isə APA-ya bildirib ki, Siyasi Şuranın toplantısından əvvəl AMİP-in İP-dan çıxması məsələsi ilə bağlı mövqeyini açıqlamaq istəmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR