Mübariz Əhmədoğlu: “İran hamı ilə, o cümlədən Türkiyə ilə səmimi siyasət aparmağı bacarmalıdır”
Politoloq bildirib ki, ABŞ-la münasibətlərini balanslaşdıran, İsraillə münasibətlərini hədsiz gərginləşdirən Türkiyə bəzi parametrlərə görə xarici siyasətini İranın xarici siyasətinə yaxınlaşdırıb: “Amma İran Türkiyənin ona bu qədər yaxınlaşmasını qəbul edə bilməzdi, çünki İranın siyasəti yaxşılıq və düzlük üzərində qurula bilməz. Düşmənçilik və yalan İranın indiki siyasətçilərinin apardığı dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. İrana nüvə texnologiyaları məsələsində ən böyük əməli dəstək Türkiyədən gəldi. Bəyanatlarında İranın dinc nüvə texnologiyalarını müdafiə edən Türkiyənin hesabına ABŞ İrana qarşı müharibəyə başlaya bilmədi. ABŞ-ın nüvə texnologiyaları ilə bağlı şərtlərini İranın maraqlarına uyğunlaşdıran Türkiyə İranın nüvə texnologiyaları ilə bağlı sazişin imzalanmasına nail oldu. Türkiyə və Braziliyanın iştirakı ilə imzalanmış sazişi ABŞ qəbul etmədikdə Türkiyə İranın tərəfində dayandı. Amma İran Türkiyənin belə qardaş mövqeyini özü üçün təhlükə kimi qəbul etdi. Ermənilərlə əməkdaşlığa yeni stimul verdi.
Bu arada Livanda hakimiyyət böhranı başladı. Livan “Hizbullah”ın hakimiyyət böhranına şərait yaratmasından geri çəkilməsini istəyirdi. Livan hökuməti Türkiyəyə müraciət etdi. “Hizbullah”ın isə İrana tabe olması heç kimə sirr deyil. ABŞ-İran münasibətlərində sınaqdan çıxmış Türkiyənin Livan hadisələri ilə bağlı İrandan xahiş etmək üçün mənəvi haqqı var idi. İran ilk əvvəl bunu qəbul etdi, amma sonradan vəzifəyə yenicə təyin olunmuş indiki xarici işlər naziri Salehi hövlnak Türkiyəyə gedərək axşam vaxtı Əhməd Davudoğlu ilə onun evində görüşdü və “Hizbullah”la bağlı məsələdə İranın mövqeyinin dəyişməz olduğunu bildirdi. Başqa sözlə, İran Livanda yaratdığı hakimiyyət böhranı məsələsində Türkiyənin sözünü yerə saldı. Ardınca, Türkiyənin İran istiqamətində xoşagəlməz addımı başladı. İrandan Suriyaya uçan təyyarələri Türkiyə öz ərazisində enməyə məcbur edib, silah daşımasına görə təftiş etməyə başladı”.
Politoloq qeyd edib ki, bütün bu son hadisələr boyu, ondan əvvəl və ondan sonra İran-Ermənistan münasibətləri antitürkiyə xarakterli olmaq etibarilə artan xətt üzrə inkişaf edib: “Türkiyənin İrana hansı münasibətdə olmasından asılı olmayaraq İranda həmişə “erməni soyqırımı” məsələsi qeyd edilib. “Erməni soyqırımı”nın qeyd edilməsi tədbirləri miqyasına görə ermənilərin ən çox yaşadıqları ABŞ və Fransadan qətiyyən geri qalmayıb. Diqqətçəkən məqam burasındadır ki, ABŞ-da və Fransada ermənilərin keçirdiyi tədbirlərə bu dövlətlərin maliyyə dəstəkləri yoxdur, amma İranda dövlət siyasi dəstək verməklə yanaşı maliyyə dəstəyi də verir. Bu il İran “erməni soyqırımı”nı qeyd etməklə yanaşı geniş tədbirlər seriyası hazırlayıb. Görünür, Türkiyə və Azərbaycan mətbuatının təsiri altında dəstək proqramında cüzi dəyişiklik edib və bahalı kinofestival keçirmək niyyətindədir. Festivalda iştirak edəcək kinoların böyük əksəriyyəti Ermənistandan gətirilən filmlərdir. Ermənistandan gətirilən filmlər fars dilinə yüksək səviyyədə tərcümə olunub təqdim olunacaqdır. Bu isə filmlərin İranda qalib gələcəyinə zəmin yaradır. Ona görə, qalib filmlər üçün yüksək məbləğli prizlər nəzərdə tutulub. Prizlərin “erməni soyqırımı”na həsr edilmiş filmlərə təqdim olunacağına bizim heç bir şübhəmiz yoxdur”.
Mübariz Əhmədoğlu qeyd edib ki, hər il İran özünəməxsus hiylə ilə aprelin 20-dən mayın 20-dək “erməni soyqırımı”nı təmtəraqlı şəkildə qeyd edir: “Ötən il İranın vitse-prezidentinin “erməni soyqırımı” ilə bağlı verdiyi bəyanat da unudulmamalıdır. İran Xocalı soyqırımının qeyd edilməsini qətiyyətlə rədd etdi. Xocalı soyqırımına dair Türkiyə və Azərbaycanda xeyli filmlər çəkilib. Hər halda İran bunların da festivalını təşkil etsəydi, daha düzgün olardı. Əgər İran “erməni soyqrımı”nı mövcud fakt kimi qəbul edirsə, eyni prizmadan çar Rusiyasının təhriki ilə ermənilərin İran ərazisində etdiklərini də İranın o zamankı hakimiyyətinin günahı hesab etsin. İran dəvəquşu siyasəti aparır. İran nə addım atırsa hamısı hər yerdən, xüsusən, Azərbaycandan çox yaxşı görünür”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
Qafqaz Albaniyasının xristian irsi: Tarixi mənbələr və Azərbaycanın mədəni yaddaşı - RƏY
Rusiya və Ukrayna arasında 275 hərbçinin meyiti dəyişdirilib
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
İran İsveç diplomatını ölkədən çıxarır
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
İranda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub, ölənlər var
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir
Prezident: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
Erməni nazir: Azərbaycandan idxal benzinin qiymətinin daha yüksək səviyyəyə çatmasının qarşısını alıb
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Paşinyan: Rusiya hərbi bazası Ermənistana lazım deyil, istəyirlər, sabah çıxarsınlar
Rusiya Qara dənizdə xarici gəmiyə dron zərbəsi endirib: kapitan ölüb, yaralılar var
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
Ermənistanda zəlzələ olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib - FOTO - YENİLƏNİB
Paşinyan rus dili kursuna gedir
Kobaxidze: Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
Sabahın hava proqnozu açıqlanıb
Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Azərbaycanda məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
DİN-ə yeni vəzifə həvalə olunub
Zelenski: Ukrayna ordusu Rostovda hərbi aerodromda 3 təyyarə və 3 helikopteri məhv edib
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO
Bakıda günəş elektrik stansiyası və Batareya Enerji Saxlanc Sistemi tikiniləcək
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır