Bank Of Baku

Aprelin 17-də saxlanmış müxalifətçilərdən 3-ü cərimələnərək, 1-i isə xəbərdarlıq edilərək sərbəst buraxılıb

Aprelin 17-də saxlanmış müxalifətçilərdən 3-ü cərimələnərək, 1-i isə xəbərdarlıq edilərək sərbəst buraxılıb
# 18 aprel 2011 10:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Aprelin 17-də aksiya keçirməyə cəhd edərkən saxlanılmış şəxslərdən 3-ü məhkəmə tərəfindən cərimələnərək, 1 nəfər isə xəbərdarlıq edilərək sərbəst buraxılıb. Bu barədə APA-ya İctimai Palatanın katibi Gülağa Aslanlı məlumat verib. Dəyanət Babayev, Nofəl Quliyev və Sərdar Məmmədov hər biri 50 manat məbləğində cərimələnib, Asəf Quliyevə isə xəbərdarlıq edilib.

G. Aslanlı digər saxlanılanlardan 12 nəfərinin hazırda Nəsimi, 8 nəfərin isə Səbail Rayon Məhkəməsində olduğunu deyib. Onlar Müsavat Partiyası, AXCP və KXCP üzvləridir.

Qeyd edək ki, aprelin 17-də ümumilikdə 40 nəfərin işi məhkəmələrə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR