Bank Of Baku

Vidadi İsgəndərov 15 sutka müddətinə həbs olunub

Vidadi İsgəndərov 15 sutka müddətinə həbs olunub
# 18 aprel 2011 10:34 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə – APA. Aprelin 17-də aksiya keçirməyə cəhd edərkən saxlanılan hüququ müdafiəçisi Vidadi İsgəndərov barəsində məhkəmə qərar çıxarıb. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, Nəsimi Rayon Məhkəməsində keçirilən proses zamanı Vidadi İsgəndərovun barəsində 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhkum edilmə cəzası təyin olunub.

Qeyd edək ki, aksiya zamanı saxlanılan şəxslərdən 3-ü - Dəyanət Babayev, Nofəl Quliyev və Sərdar Məmmədov ayrı-ayrılıqda 50 manat məbləğində cərimələnib, Asəf Quliyevə isə xəbərdarlıq edilib.

Onu da əlavə edək ki, aprelin 17-də ümumilikdə 40 nəfərin işi məhkəmələrə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR