Bank Of Baku

Gözəl Bayramlı barəsində 5 sutkalıq həbs qərarı çıxarılıb

Gözəl Bayramlı barəsində 5 sutkalıq həbs qərarı çıxarılıb
# 18 aprel 2011 12:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə, Pərvin Abbasov - APA. Aprelin 17-də aksiya keçirməyə cəhd zamanı saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində məhkəmə qərar çıxarıb. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə G. Bayramlı barəsində 5 sutka müddətinə inzibati qaydada azadlıqdan məhkum edilmə cəzası təyin olunub.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu isə APA-ya açıqlamasında saxlanılan bütün partiya üzvlərinə xəbərdarlıq olunduğunu və onların sərbəst buraxıldığını bildirib. O, Nəsimi rayon Məhkəməsində keçirilən proseslərdə KXCP sədri Mirmahmud Mirəlioğlunun da iştirak etdiyini qeyd edib.

Qeyd edək ki, aprelin 17-də ümumilikdə 40 nəfərin işi məhkəmələrə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR