Bank Of Baku

Etibar Məmmədov aktiv siyasətə qayıtması barədə xəbərlərə və AMİP-in İP-dən çıxmasına münasibət bildirib

Etibar Məmmədov aktiv siyasətə qayıtması barədə xəbərlərə və AMİP-in İP-dən çıxmasına münasibət bildirib
# 19 aprel 2011 09:37 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib. E. Məmmədovun sözlərinə görə, kimsə fərziyyələr irəli sürür, sonra da həmin məsələ müzakirəyə çıxarılır: “Mənim elə bir fikrim olsa, mətbuat bu haqda məlumatlı olacaq. Amma siyasətdə olan adamlar haqda belə fərziyyələrin irəli sürülməsini də normal hesab edirəm”.

AMİP-in İctimai Palatanı tərk etməsini şərh etmək istəməyən E. Məmmədov partiyanın fəaliyyətinə qarışmadığını deyib: “Partiya fəaliyyətində tam sərbəstdir, qərarları da özü qəbul edir. AMİP-in müvafiq strukturları və rəhbər orqanları var. Onlar ictimai-siyasi proseslərə uyğun addım atırlar”.

Qeyd edək ki, Etibar Məmmədov 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından olub və partiyanın ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb. Hazırda AMİP-in lideridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR