Bank Of Baku

Mübariz Qurbanlı: “İctimai Palata adlanan qurum əvvəlcədən dağılmağa məhkum idi”

Mübariz Qurbanlı: “İctimai Palata adlanan qurum əvvəlcədən dağılmağa məhkum idi”
# 19 aprel 2011 11:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İctimai Palata adlanan qurum əvvəlcədən dağılmağa məhkum idi. İctimai Palatada təmsil olunsalar da, bir-birinə zidd olan şəxslərin, dairələrin ortaq məxrəcə gəlməsi qeyri-mümkün idi”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı AMİP-in İctimai Palatadan (İP) çıxmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, son vaxtlar İctimai Palata adı altında ölkədə qarşıdurma yaratmağa edilən cəhdlər İP-də təmsil olunan bəzi şəxsləri və təşkilatları qane etməyib: “Hesab edirəm ki, İctimai Palatanın qanunazidd əməlləri nəticə etibarilə orada təmsil olunan bir sıra qüvvələrin uzaqlaşmasına gətirib çıxarır və çıxaracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR