Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi: “Müxalifət sərbəst toplaşmaq azadlığını xuliqanlıqla səhv salır” - MÜSAHİBƏ
- Müxalifət aprelin 17-də keçirməyə cəhd göstərdiyi aksiyanı yenə də baş tutmuş elan etdi. Buna münasibətiniz necədir?
- Hesab edirəm ki, radikal müxalifəti təmsil edən bir qrup şəxs əvvəllər olduğu kimi, yenə də şəhərdə qanunun pozulmasına yönəlmiş əməllərə əl atıb. Birincisi, məlum olduğu kimi, aprelin 17-də “Sahil” bağında hər hansı toplantının keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə heç bir rəsmi məlumat daxil olmayıb. Bir neçə şəxs Bakı Şəhər İcra Hakimiyyətini “Nərimanov” kinoteatrı qarşısında toplantı keçirəcəyi barədə xəbərdar edib, lakin bu ərazidə toplantı keçirilməsi üçün şəraitin olmadığını nəzərə alaraq, şəhər icra hakimiyyəti toplantının bunun üçün Bakıda ayrılmış yerlərdən birində keçirilməsini təklif edib. Daxili işlər orqanları isə hər hansı razılaşdırılmamış toplantının qarşısının alınacağını bildirib. Bununla da, keçən bazar günü aksiyanı müşahidə etməyə toplanmış jurnalistlərin sayından da az sayda şəxs qanunun müddəalarına və dövlət orqanlarının qanuni tələblərinə məhəl qoymayaraq, açıq-aşkar qarşıdurma yaratmaq məqsədilə kiçik qruplar şəklində “Sahil” bağına keçməyə cəhd göstərib, ictimai qaydanı pozan hərəkətlər törədib, cəmiyyətə açıq hörmətsizlik ifadə edib. Fikrimcə, müxalifət sərbəst toplaşmaq azadlığını xuliqanlıqla səhv salır.
- Lakin müxalifət təmsilçiləri əksini iddia edirlər. Məsələn, hüquqşünas Erkin Qədirli də sərbəst toplaşmaq azadlığı ilə bağlı “Azadlıq” radiosunun efirində fərqli fikirlər səsləndirib. Bu haqda nə deyə bilərsiniz?
- Həmin verilişdə bir neçə məqamlara, o cümlədən “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun mahiyyəti, Konstitusiya Məhkəməsinin bu azadlığın həyata keçirilməsi ilə bağlı qərarı və polisin toplantıların dağıdılması üzrə vəzifələrin yerinə yetirilməsi məsələlərinə toxunulub. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun son layihəsi Avropa Şurasının Venesiya Komissiyası ilə birgə hazırlanıb və onun tərəfindən yüksək qiymətləndirilib. Qanuna əsasən, toplantının keçirilməsi üçün toplantını təşkil edən şəxslər müvafiq icra hakimiyyəti orqanını qabaqcadan xəbərdar etməlidirlər. Xəbərdarlığın məqsədi icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi üçün toplantının vaxtı və yerinin razılaşdırılmasıdır. Təbii olaraq sual yaranır, qanunun hansı müddəasında Erkin Qədirli “icazə” sözünü tapıb?
Verilişin əvvəlində E. Qədirli Konstitusiya Məhkəməsinin qərarını tərifləsə də, sonda yalnız özünə bəlli olan səbəbdən bu qərarı “zəif qərar” kimi qiymətləndirir və həmin qərarda çıxışının əsl məqsədləri üçün lazım olan müddəalara istinad edir. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin qərarında həm Avropa Məhkəməsinin presedent hüququndan, həm də hüquq elminin müasir baxışlarından kifayət qədər istifadə edilib. Ən vacibi isə odur ki, Konstitusiya Məhkəməsi o vaxt cəmiyyətdə isteriya şəklində müxalifət və dırnaqarası hüquqşünaslar tərəfindən yayılan sərbəst toplaşmaq azadlığının guya məhdudlaşdırıla bilməməsi barədə fikirlərə öz münasibətini bildirib və qərarın nəticəsində toplaşmaq azadlığının mütləq olmamasını göstərib.
E.Qədirli, həmçinin mediada “Qanuna zidd hərəkətlərin qarşısı bundan sonra da alınacaq” başlığı ilə gedən müsahibədə səslənmiş fikirləri də təhrif etməyə cəhd göstərir. Hüquqşünas hər hansı bir fikri bildirəndə, əvvəlcə həmin yazı ilə tanış olmalıdır. Görünür ki, E. Qədirli həmin müsahibəni ümumiyyətlə oxumayıb. Müsahibədə deyilir ki, “Hər hansı hüququn məhdudlaşdırılması zamanı toqquşan maraqlar arasında tarazlıq əldə edilməlidir. 200-300 nəfərin toplaşmaq azadlığının təmin edilməsi üçün Bakının böyük bir hissəsini nəqliyyatsız qoymaq, bununla minlərlə insanların normal həyat tərzini, fəaliyyətini, bir çox hüquqlarını pozmaq olmaz”. Bu fikir müxalifətin “Təbriz” kinoteatrı qarşısındakı ərazidə toplantı keçirmək niyyəti ilə bağlı ifadə edilib. Yəni həmin yolun bağlanması nəticəsində “8-ci kilometr”, Əhmədli, Günəşli və digər ərazilərin əhalisi Bakının digər yerləri ilə nəqliyyat əlaqələrində çox böyük çətinliklərlə üzləşə bilər. Bütün hallar nəzərə alınmalıdır. Müsahibədə məhz tarazlığın qorunması zərurəti ön plana çəkilir.
Müsahibədə, həmçinin, belə mütənasibliyin polisin ictimai qaydanın qorunması üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı gözlənilməsi məsələsinə dair münasibət bildirilib. Toplantıların dağıdılması, zorakı hərəkətlərin qarşısının alınması üçün polis tərəfindən zəruri gücün və xüsusi vasitələrin tətbiqinin mümkünlüyü heç bir beynəlxalq müqavilədə, beynəlxalq məhkəmənin qərarlarında və hətta E. Qədirli dediyi kimi insan hüquqları sahəsində öhdəliklərdə təkzib olunmur və oluna da bilməz. Dünyanın istənilən yerində polis göstərilən məqsədlər üçün güc də, xüsusi vasitələr də tətbiq edir. Məsələn, bu yaxınlarda Avropa Məhkəməsinin Böyük Palatasının qəbul etdiyi “Culiani və Qacio İtaliyaya qarşı” iş üzrə qərarından görünür ki, Genuya şəhərində “Böyük səkkizliyə” qarşı keçirilmiş nümayişlər zamanı polis zorakılığın qarşısının alınması üçün xüsusi vasitələrdən və hətta odlu silahdan istifadə edib. Hüquq mühafizə orqanlarının hərəkətləri nəticəsində nümayişçilərdən biri odlu silahdan açılmış atəş nəticəsində ölüb, Avropa Məhkəməsi isə bu işdə Konvensiyanın pozulmadığını müəyyən edib.
Sonda bir daha demək istərdim ki, əsassız fikir söyləməyin, kütləvi informasiya vasitələrində əks mövqe bildirən, iqtidarı dəstəkləyən şəxslərin çıxışlarına münasibətdə qərəzliliyi nümayiş etdirməyin, xarici qrantlar hesabına sifarişlə anarxiyanı müdafiə etməyin əvəzinə hüquqşünas adını qorumaq, bunun üçün bilərəkdən hüquq normalarını təhrif etməmək yaxşı olardı.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
Qafqaz Albaniyasının xristian irsi: Tarixi mənbələr və Azərbaycanın mədəni yaddaşı - RƏY
Rusiya və Ukrayna arasında 275 hərbçinin meyiti dəyişdirilib
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
İran İsveç diplomatını ölkədən çıxarır
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
İranda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub, ölənlər var
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir
Prezident: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
Erməni nazir: Azərbaycandan idxal benzinin qiymətinin daha yüksək səviyyəyə çatmasının qarşısını alıb
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Paşinyan: Rusiya hərbi bazası Ermənistana lazım deyil, istəyirlər, sabah çıxarsınlar
Rusiya Qara dənizdə xarici gəmiyə dron zərbəsi endirib: kapitan ölüb, yaralılar var
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
Ermənistanda zəlzələ olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib - FOTO - YENİLƏNİB
Paşinyan rus dili kursuna gedir
Kobaxidze: Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
Sabahın hava proqnozu açıqlanıb
Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Azərbaycanda məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
DİN-ə yeni vəzifə həvalə olunub
Zelenski: Ukrayna ordusu Rostovda hərbi aerodromda 3 təyyarə və 3 helikopteri məhv edib
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO
Bakıda günəş elektrik stansiyası və Batareya Enerji Saxlanc Sistemi tikiniləcək
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
“Bank of Baku” subordinasiya borc öhdəlikləri üzrə istiqraz buraxa bilər
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb
Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək
“Dövlət satınalmaları haqqında” qanunun şamil edilməyəcəyi malların əhatə dairəsi genişlənir
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb