Bank Of Baku

Milli Məclisin Sosial siyasət komitəsi iki qanun layihəsinin elmi müzakirəsini təşkil edəcək

Milli Məclisin Sosial siyasət komitəsi iki qanun layihəsinin elmi müzakirəsini təşkil edəcək
# 19 aprel 2011 13:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsi bu il parlamentin müzakirəsinə çıxarılacaq iki qanun layihəsinin elmi müzakirəsini təşkil edəcək. Bu barədə APA-ya Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

H. Rəcəbli deyib ki, “Sosial iş və sosial xidmət haqqında” qanun layihəsinin aprelin sonlarında Bakı Dövlət Universitetində, “Pasiyentin hüquqları haqqında” qanun layihəsinin isə Azərbaycan Dövlət Tibb Universitetində müzakirəsi planlaşdırılıb: “Müzakirələrin təşkilində məqsəd qanunların elmi yükünü artırmaq və beynəlxalq standartlara uyğunlaşdırmaqdır”.

Komitə sədri əlavə edib ki, bu müzakirələr ilk dəfə Sosial siyasət komitəsi tərəfindən təşkil olunur və qanun yaradıcılığında yenilikdir. Hər iki qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR