Bank Of Baku

Elman Məmmədov: “Minsk Qrupunun həmsədrləri təcavüzkar Ermənistana qarşı ciddi addımlar atmalıdır”

Elman Məmmədov: “Minsk Qrupunun həmsədrləri təcavüzkar Ermənistana qarşı ciddi addımlar atmalıdır”
# 19 aprel 2011 14:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Həmsədrlərin bölgəyə intensiv səfərləri müsbət haldır. Onların yaxın vaxtlarda yenidən bölgəyə səfər edəcəyi gözlənilir. Bu, ümumilikdə diplomatik baxımdan müsbət qiymətləndirilə bilər. Amma ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşməsi, bölgəyə tez-tez səfər etməklə yanaşı, təcavüzkar Ermənistana qarşı ciddi addımlar atmalıdır”. APA-nın xəbərinə görə, bu sözləri YAP-ın rəsmi saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E. Məmmədov bildirib ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi xeyli güclənib. Bu səbəbdən də işğalçı Ermənistan müxtəlif cəhdlərlə prosesi pozmağa çalışır: “Ermənistan sülhə getməsə, Azərbaycanın hərbi gücü ilə qarşılaşacaq. Belə olan halda, işğalçılar başqasının torpağına göz dikməyin nə ilə nəticələndiyini dərk edəcəklər. Biz inanırıq ki, dövlət başçısının qətiyyətli mövqeyi nəticəsində problem ədalətli həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR