Bank Of Baku

VİP Siyasi Şurasının yeni tərkibdə ilk yığıncağı keçirilib

VİP Siyasi Şurasının yeni tərkibdə ilk yığıncağı keçirilib
# 20 aprel 2011 10:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının yeni tərkibdə ilk yığıncağı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın gücləndirilməsinə yönələn tədbirlər planı və cari məsələlər müzakirə olunub.

VİP sədri Əli Əliyev çıxışında müxalifətdaxili inteqrasiya məsələlərinə geniş yer ayırıb və VİP ilə ALP-nin bu istiqamətdə irəli sürdüyü birgə təşəbbüsün hər hansı formada nəticə verəcəyinə inandığını bildirib.

VİP-in fəaliyyətinin gücləndirilməsinə dair tədbirlər planının müzakirəsi zamanı partiyanın Qadınlar Təşkilatı və Ağsaqqallar Şurasının formalaşdırılması, eyni zamanda Gənclər Təşkilatının fəaliyyətinin genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Müzakirələrdə partiya üzvlərinin qeydiyyatının sistemləşdirilməsi, partiyadaxili durum və VİP-in kütləvi tədbirlərə hazırlıq mexanizminin təkmilləşdirilməsi kimi məsələlər diqqət mərkəzinə gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR